Masallıda dəhşətli yol qəzasında ölənlərin sayı dörd nəfərə çatıb - YENİLƏNİB - FOTOSESSİYA - VİDEO

Masallıda dəhşətli yol qəzasında ölənlərin sayı dörd nəfərə çatıb - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 12 may 2014 14:06 (UTC +04:00)

Masallı. Ağəddin Babayev - APA. Masallı rayonunda dəhşətli yol-nəqliyyat qəzasında ölən və yaralananların kimliyi məlum olub. APA-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün saat 13:30 radələrində Ələt - Astara magistralının 159-cu kilometrliyində, rayonun Binə-Xocavar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Astara istiqamətində hərəkətdə olan “Nissan” markalı, 10 ON 465 dövlət nömrə nişanlı avtomobillə Ələt istiqamətində hərəkətdə olan “VAZ-21099” markalı, 15 BN 751 dövlət nömrə nişanlı avtomobil toqquşub. Güclü zərbə nəticəsində “VAZ-21099” markalı avtomobildə olan iki qardaş, Cəlilabad rayon sakinləri, 40 yaşlı Mahir Ağalı oğlu Teymurov və 53 yaşlı Mütalib Ağalı oğlu Teymurov aldıqları çoxsaylı bədən xəsarətlərindən hadisə yerindəcə dünyasını dəyişib.

Digər avtomobildə olan bir ailənin 4 üzvündən biri, Yardımlı rayon sakini, 48 yaşlı Gövhər Ağa qızı Mahmudova da hadisə yerində dünyasını dəyişib. Onun həyat yoldaşı, 49 yaşlı İsmayıl Nəzərxan oğlu Sadıyev, övladları - 21 yaşlı Mövlud və 19 yaşlı Maqsud Sadıyevlər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Masallı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Mövlud Sadıyevin vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə yola salınıb. Lakin M.Sadıyev yolda dünyasını dəyişib.

İlkin versiya kimi hadisənin “VAZ-21099” markalı avtomobilin qarşı yola çıxması nəticəsində baş verdiyi bildirilir. Hadisənin dəqiq səbəbləri isə avtoekspertizanın rəyindən sonra məlum olacaq.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

14:23

Masallı. Ağəddin Babayev - APA. Masallı rayonunda ölümlə nəticələnən dəhşətli yol-nəqliyyat qəzası baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün saat 13.30 radələrində Ələt-Astara magistralının rayonun Binə-Xocavar kəndindən keçən hissəsində qeydə alınıb. “VAZ-21099” və “Lexus” markalı minik avtomobillərinin toqquşması nəticəsində həmin avtomobillərdə olan sərnişinlərdən 3 nəfəri hadisə yerindəcə dünyasını dəyişib. Daha 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Masallı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırmalara başlanıb. Hadisənin başvermə səbəbləri, ölən və yaralıların şəxsiyyəti öyrənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR