Azərbaycan ərazisində müşahidə olunan istilər anomal hesab edilmir

 Azərbaycan ərazisində müşahidə olunan istilər anomal hesab edilmir
# 02 oktyabr 2013 08:19 (UTC +04:00)

Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

O bildirib ki, Bakıda 28 dərəcə isti gözlənilir.

Aran rayonlarında isə bu gün və sabah havanın temperaturu 30 dərəcə, dağlarda 23 dərəcə olacaq. Ümumiyyətlə, ölkə ərazisində havanın bu gün və sabah dəyişkən buludlu, mülayim və yağmursuz keçəcəyi proqnozlaşdırılır.


A. Verdiyev deyib ki, temperaturun oktyabr ayında 30 dərəcəyədək yüksəlməsi anomal isti hesab olunmur: “Oktyabr ayında ən yüksək temperatur 1930-cu ildə 35,1 dərəcə olub. Bu il oktyabr ayında temperaturun 30 dərəcədən çox yüksələcəyi gözlənilmir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR