Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Dənizli Festivalından qayıdıb

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Dənizli Festivalından qayıdıb
# 20 may 2013 11:53 (UTC +04:00)

Bakı. Turan Şakir - APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Türkiyədə Dənizli şəhərində keçirilmiş Beynəlxalq Teatr Festivalından qayıdıb.

Teatrdan APA-ya verilən məlumata görə, kollektiv festivalda görkəmli alman yazarı Patrik Züskindin psixoloji dram janrında hazırlanmış “Kontrabas” monotamaşası ilə çıxış edib.

Mayın 16-da Çatalçeşmə Teatr Tvində nümayiş etdirilən tamaşada kontrabasçı rolunu əməkdar artist Şövqi Hüseynov ifa edib. Kontrabasçının daxili psixoloji durumunu sərgiləyən dram tamaşaçılar tərəfindən maraqla qarşılanıb vƏ festivalın mükafatına layiq görülüb.

Festivalda Azərbaycan və Rusiya da daxil olmaqla, Türkiyənin ayrı-ayrı bölgələrindən ümumilikdə 18 qrupun müxtəlif janrları əhatə edən maraqlı tamaşaları nümayiş etdirilib.

Qeyd edək ki, festival Dənizli bələdiyyəsinin Mədəniyyət və sosial işlər müdürlüyünün təşkilatçılığı ilə 1984-cü ildən etibarən hər il ənənəvi olaraq keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR