Gəncədə 77 yaşlı qadını maşın vurub

Gəncədə 77 yaşlı qadını maşın vurub
# 15 yanvar 2014 08:02 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncə şəhərində yolu keçmək istəyən 77 yaşlı qadını maşın vurub. Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində baş verib.

Şəhər sakini, 1937-ci il təvəllüdlü Səriyyə Əsgərova yanvarın 14-də axşam saatlarında prospektdə yolu keçmək istəyərkən Goranboy rayon sakini, 1986-cı il təvəllüdlü Sərxan Abdullayevin idarə etdiyi “Daewoo Nexia” avtomobili tərəfindən vurulub. Qadın müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Hazırda S. Əsgərovanın səhhətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR