BMT Təhlükəsizlik Şurası Suriyadakı kimyəvi silahın məhvinə dair qətnamə qəbul edib

BMT Təhlükəsizlik Şurası Suriyadakı kimyəvi silahın məhvinə dair qətnamə qəbul edib
# 28 sentyabr 2013 03:24 (UTC +04:00)

Bakı-APA. BMT Təhlükəsizlik Şurası Suriyadakı kimyəvi silahın məhv edilməsinə dair qətnamə qəbul edib. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, qərar yekdillikdə qəbul olunub.

Toplantıda Rusiya xarici işlər naziri Sergey Lavrovun iştirak etdiyi bildirilir.

Qətnamədə qeyd olunur ki, onun icra edilmədiyi təqdirdə, o cümlədən kimyəvi silahların qanunsuz ötürülməsi və istənilən qüvvə tərəfindən Suriyada istifadə edildiyi halda, BMT nizamnaməsinin 7-ci maddəsinə uyğun tədbirlər görüləcək. Bu tədbirlər hərbi əməliyyatları istisna etmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR