BMT-nin rezident-əlaqələndiricisi: “Azərbaycanda gender bərabərliyi yüksək səviyyədə inkişaf edir” - FOTO

BMT-nin rezident-əlaqələndiricisi: “Azərbaycanda gender bərabərliyi yüksək səviyyədə inkişaf edir” - <span style="color: red;">FOTO
# 14 iyun 2013 08:47 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. “Azərbaycan üzərinə götürdüyü öhdəliklər çərçivəsində gender bərabərliyini yüksək formada inkişaf etdirir”. APA-nın məlumatına görə, bunu Bakıda keçirilən Azərbaycan qadınlarının IV qurultayında BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Antonius Bruk bildirib. O deyib ki, BMT həqiqətən də Azərbaycanda bu istiqamətdə atılan addımları təqdir edir: “Mehriban Əliyevanın bu istiqamətdə atdığı addımları, Azərbaycanda 2010-cu ildə məişət zorakılığı ilə bağlı qəbul olunmuş qanunu yüksək qiymətləndiririk. Ümumiyyətlə, gender bərabərliyi üçün bütün lazımı addımlar atılmalıdır ki, bu da Azərbaycanda baş verir”.

BMT nümayəndəsinin sözlərinə görə, Azərbaycanın qəbul etdiyi proqramların qətiyyətlə həyata keçirilməsi qadınların rolu olmadan mümkün olmazdı: “BMT indən belə də bu məsələdə daim Azərbaycan qadınlarını dəstəkləyəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR