Bakıda qadını öldürüb evini qarət ediblər - VİDEO

Bakıda qadını öldürüb evini qarət ediblər - <span style="color: red;">VİDEO
# 25 oktyabr 2013 07:37 (UTC +04:00)

Nəsimi Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə paytaxtın S.Rəhimov küçəsində qeydə alınıb.

Həmin küçədə yerləşən mənzillərdən birində, 1965-ci il təvəllüdlü Nigar Məhərrəm qızı Sadıqovanın yaşadığı evdə meyiti tapılıb.

Meyitə baxış keçirilərkən qadının küt alətlə öldürüldüyü məlum olub. Qətli törədən şəxslər daha sonra evi qarət ediblər.

Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR