Gənc Tamaşaçılar Teatrının yeni veb-saytı təqdim olunub

Gənc Tamaşaçılar Teatrının yeni veb-saytı təqdim olunub
# 30 may 2014 09:49 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yeni veb-saytı təqdim olunub. Teatrdan APA-ya verilən məlumata görə, teatrın direktoru, əməkdar artist Mübariz Həmidov “Proqres” İnternet və Poliqrafiya xidmətləri Şirkəti tərəfindən hazırlanmış sayt haqqında məlumat verib: “Teatrımızın saytı artıq üçüncü dəfədir ki, hazırlanır. Bundan əvvəl ayrı-ayrı şəxslər tərəfindən hazırlanmış saytların dizayn və məzmunu bizi qane etmədiyindən bu məsuliyyətli işi “Proqres” şirkətinə həvalə etdik. Qısa müddətdə yüksək peşəkarlıqla hazırlanmış www.tyuz.az saytı əvvəlkilərdən fərqli olaraq dizaynı, formatı və strukturu baxımdan seçilir. Saytda teatrın yaranma tarixi, teatr sənətinin görkəmli korifeyləri, yaradıcı və bədii heyət haqqında geniş məlumat, teatrın cari repertuarında olan tamaşaların bədii və yaradıcı heyəti, annotasiya və şəkilləri yerləşdirilib”.

Təqdimat mərasimində saytın ayrı-ayrı bölmələri tədbir iştirakçılarına təqdim olunub. M.Həmidov bildirib ki, sayt hər zaman özündə yenilikləri əks etdirməklə təkmilləşdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR