Beyləqan rayonunun Dünyamalılar kəndində bir gündə 2 evdən oğurluq edilib, 3 evdən oğuluq etmək cəhdi isə alınmayıb

Beyləqan rayonunun Dünyamalılar kəndində bir gündə 2 evdən oğurluq edilib, 3 evdən oğuluq etmək cəhdi isə alınmayıb
# 19 yanvar 2014 21:30 (UTC +04:00)

Beyləqan. Teymur Zahidoğlu - APA. Beyləqan rayonunun Dünyamalılar kəndində oğurluq hadisələri baş verib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, oğruların ilk qurbanı kənd sakini Sevil Nəcəfova olub.

Onun mənzildən 94 manat, 3 əl çantası və telefon danışıq kartları oğurlanıb.

S. Nəcəfova oğurluğun bir qrup şəxs tərəfindən törədildiyini iddia edir. Onun sözlərinə görə, hadisədən əvvəl oğrular elektrik naqilini kəsərək evin işıqlarını söndürüblər.

Kənd sakinlərinin APA-nın Qarabağ bürosuna bildirdiklərinə görə, Arif Mehdiyevin mənzilinə soxulan oğrular evdən xeyli miqdarda qızıl-zinət əşyası apara biliblər.

Vaqif Quliyevə məxsus evin qapısını sındıran oğrular ev sahibinin sayıqlığı üzündən istəklərinə çata bilməyiblər.

Ceyhun Əhmədovun yaşadığı evə girməyə nail olan qarətçilər burada da eyni aqibətlə üzləşiblər.

Sərdar Nəcəfovun tövləsindəki iki baş iribuynuzlu heyvanı həyətdən çıxara bilsələr də, sakinlərin sayıqlığı üzündən əliboş qaçmalı olublar.

Bütün hallar üzrə Beyləqan Rayon Polis Şöbəsində araşdırma aparılır.

Rayon Polis Şöbəsindən bildirilib ki, artıq şübhəli şəxs qismində saxlanılan var.

Bu, rayon sakini Bəxtiyar Muradovdur. Onun barəsində ətraflı məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR