Azərbaycanda bütün hallarda ödənişli muzdlu yığma, onlara maddi təminat vermə terror faktı kimi qiymətləndiriləcək

Azərbaycanda bütün hallarda ödənişli muzdlu yığma, onlara maddi təminat vermə terror faktı kimi qiymətləndiriləcək
# 11 mart 2014 15:28 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycanda vəsaitin mənbəyindən asılı olmayaraq hər hansı formada muzdlu yığma, onu maliyyələşdirmə və onlardan ölkə daxili və xaricində istifadə etmə halı terror faktı kimi qeydə alınacaq.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsindən APA-ya verilən məlumata görə, bununla bağlı “Terrorçuluğa qarşı mübarizə haqqında” qanunun 475, 672, 258 və 133-cü maddələrinə əlavə və dəyişikliklər edilir.

Layihədə nəzərdə tutulan yeni müddəalardan biri odur ki, vəsaitin mənbəyindən asılı olmayaraq ödənişli muzdlular yığma, onlara təlim keçmə, maliyyələşdirmə və başqa cür maddi təminat vermə, habelə onlardan hərbi münaqişədə və ya hərbi əməliyyatlarda istifadə etmə terror faktı kimi qiymətləndiriləcək və bu, Cinayət Məcəlləsinin terroru nəzərdə tutan müvafiq maddələri ilə cəzalandırılacaq.

Layihə Milli Məclisin martın 14-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR