Xaçmazda kanala düşmüş “QAZ-24”-ün sürücüsünün axtarışları zamanı daha bir meyit tapılıb, hər iki meyit çıxarılıb

Xaçmazda kanala düşmüş “QAZ-24”-ün sürücüsünün axtarışları zamanı daha bir meyit tapılıb, hər iki meyit çıxarılıb
# 16 noyabr 2013 14:24 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, 1971-ci il təvəllüdlü Abazərov Əhməd Qadir oğluna məxsus “QAZ-24” markalı minik avtomobili “Xan arxı” kanalının Xaçmaz rayon, Ağaşirinoba kəndi ərazisindən keçən hissəsinə düşüb və dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri sürücünün axtarışları üçün hadisə yerinə cəlb edilib.

Ə. Abazərovun cəsədi batdığı yerdən 17 km məsafədə tapılaraq çıxarılıb, aidiyyəti üzrə təhvil verilib.

Ə. Abazərovun axtarışları zamanı daha bir cəsəd də aşkar edilib. Tapılan şəxsin 1969-cu il təvəllüdlü İbrahimov Zaur Asəf oğlu olduğu müəyyənləşdirilib.

Cəsəd FHN-in dalğıc-xilasediciləri tərəfindən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR