Güclü külək Göyçaya xeyli ziyan vurub - VİDEO

Güclü külək Göyçaya xeyli ziyan vurub - <span style="color: red;">VİDEO
# 18 mart 2014 07:15 (UTC +04:00)

APA-nın yerli bürosunun məlumatına görə, təxminən 15 saatdan çox bir vaxtda əsən güclü küləyin təsiri nəticəsində Göyçay şəhərində və bütün kəndlərdə elektrik enerjisinin verilişi tamamilə dayanıb. Güclü külək bir çox yerdə ağacları, elektrik, rabitə və gecə işıqlandırma dirəklərini aşırıb, naqillər qırılaraq sıradan çıxıb.

Bir sutka ərzində Göyçay rayonunun 40-a yaxın yaşayış məntəqəsində elektrik və rabitə xidmətinin fəaliyyəti iflic olub, rabitə və internet kəsilib. Martın 18-də gecə səhərədək davam edən külək bir neçə yerdə iri gövdəli ağaclar tövlələrin, yardımçı tikililərin, sahibkarlıq obyektlərinin üzərinə düşüb. Göyçay şəhərində və kəndlərdə 30-dan çox ağac yıxılıb, yollar müəyyən müddətdə bağlı qalıb, elektrik və rabitə xətləri qırılaraq yerə düşüb. Külək rayon ərazisində 25-ə yaxın evin və yardımçı tikililərin dam örtüyünü qoparıb. Qasırğa bu gün səhər saat 9-dək davam edib.

Dünən günorta saatlarından indiyədək rayonda elektrik enerjisinin verilişi tam dayanıb. Xətlərin bərpası üçün hazırda tədbirlər görülür, evlərin üstünə və küçələrə yıxılan ağaclar kəsilərək ərazidən götürülür. Bir sutkadır ki, rayon mərkəzinin bəzi küçələrində və kəndlərdə təbii qaz verilişi də tamamilə dayandırılıb. Rayon fövqəladə hallar komissiyasının nümayəndələri küləyin təsiri nəticəsində ziyan çəkən vətəndaşların müraciətlərini qəbul edir, evlərə, obyektlərə baxış keçirilir və hazırda dəyən ziyanın məbləği hesablanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR