İran prezidenti ölkədə yeni AES-in inşası üçün göstəriş verib

 İran prezidenti ölkədə yeni AES-in inşası üçün göstəriş verib
# 13 noyabr 2013 12:45 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran prezidenti Həsən Ruhani ölkənin ikinci atom-elektrik stansiyasının (AES) tikintisi üçün göstəriş verib.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi bildirib.

Onun sözlərinə görə, hazırda İranla Rusiya arasında yeni AES-in inşası ilə bağlı müzakirələr aparılır: “Biz yeni AES-in təməlinin 2014-cü ildə atılacağına ümid edirik”.

Ə.Salehi deyib ki, 2013-cü ildə İran və Rusiya arasında 4 min meqavatlıq ikinci AES-in tikilməsi üçün ilkin müqavilə imzalanıb: “İnşa olunacaq stansiyaların hər biri 300 min kubmetr şirin su istehsal edəcək. Buşəhr vilayətində nüvə stansiyalarının sayı üçə çatdığı zaman bölgədə böyük bir dəyişiklik yaşanacaq”.

Vitse-prezident vurğulayıb ki, İran “altılıq” ölkələri ilə nüvə müzakirələri siyasi, Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) danışıqları isə texniki və hüquqi xarakter daşıyır: “Bu baxımdan AEBA ilə əldə olunacaq razılaşma “altılıq” ölkələri ilə davam etdirilən müzakirələrə təsir göstərəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR