ADU-da “Tətbiqi dilçiliyin müasir problemləri” mövzusunda elmi-praktik konfrans keçirilir

ADU-da “Tətbiqi dilçiliyin müasir problemləri” mövzusunda elmi-praktik konfrans keçirilir
# 10 dekabr 2013 09:18 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Bu gün Azərbaycan Dillər Universitetində (ADU) “Tətbiqi dilçiliyin müasir problemləri” mövzusunda Respublika elmi praktik konfrans öz işinə başlayıb.

APA-nın məlumatına görə, Azərbaycanın Dövlət Himninin oxunduqdan sonra konfransı ADU-nun rektoru, deputat Səməd Seyidov açıq elan edərək, bu tədbirin mərhum prezident Heydər Əliyevin anım günü ərəfəsinə düşdüyünü xatırladıb.

O qeyd edib ki, Azərbaycan dilçiliyinə dövlət qayğısında xüsusi rolu Heydər Əliyevin məhz vaxtı ilə etdiyi təşəbbüsü ilə ADU yaranıb.

Daha sonra çıxış edən Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Gültəkin Hüseynova dilçiliyin inkişafı üçün dövlət qayğısından, Azərbaycan təhsil sistemində görülən işlərdən danışıb.

O qeyd edib ki, nazirlik tezliklə Azərbaycanda bütün təhsil sisteminin tamamilə bolonya sisteminə keçməsini istəyir. Nazirlik rəsmisi eyni zamanda elmi qurumları dilçilik sahəsi ilə bağlı layihələrin həyata keçirilməsində aktiv olmağa çağırıb.

İki gün davam edəcək konfransda “Kompüter dilçiliyi”, “Kommunikativ səriştə kontekstində xarici dillərin tədrisi”, “Tərcümə problemləri və müasir linqvistik nəzəriyyələr” və “Bilik və dil modelləri” bölmələrində müzakirələr aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR