Bakıda liseydə baş verən yanğın söndürülüb, ibtidai sinif şagirdləri dərsdən yarımçıq evə buraxılıblar - YENİLƏNİB 1

Bakıda liseydə baş verən yanğın söndürülüb, ibtidai sinif şagirdləri dərsdən yarımçıq evə buraxılıblar - <span style="color: red;">YENİLƏNİB 1
# 08 may 2013 10:11 (UTC +04:00)

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) qərargah rəisi Əkbər Novruzov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, saat 11.32 radələrində liseydə yanğın başlaması barədə məlumat daxil olub. Nəsimi Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları hadisə yerinə cəlb olunub, yanğın söndürülüb.

Yardımçı tikilidə generator otağında 6 kvadratmetr sahədə tavan, onun yaxınlığındakı yardımçı tikilidə 12 kvadratmetr sahədə məktəb ləvazimatları yanıb. Digər tikililərə ziyan dəyməyib.

Bakı Türk Anadolu Liseyinin direktor müavini Sədi Qafarov isə APA-ya açıqlamasında deyib ki, məktəbdə güclü yanğın baş verməyib. Onun sözlərinə görə, məktəbə aid transformatorda elektrikin oynaması nəticəsində anidən tüstü yaranıb: “Yanğınsöndürənlərə müraciət etdik. Qısa zamanda tüstünün qarşısı alınıb və ciddi hal yoxdur. Şagirdlərə və məktəbə heç bir ziyan dəyməyib. Hər şey qaydasındadır və təhlükə sovuşub”.

Hazırda dərslərin normal şəkildə davam edib-etməməsi məsələsinə gəlincə, S. Qafarov qeyd edib ki, yuxarı siniflərdə tədris prosesi davam edir: “Amma ibtidai sinif şagirdlərinin həyəcan keçirməməsi üçün valideynlərə müraciət edilib və onlar evə buraxılıb. Narahatlıq üçün heç bir əsas yoxdur. Hər şey qaydasındadır”.

***

saat 12.38

Bakı. Hafiz Heydərov - APA. Bakıda baş verən yanğın söndürülüb. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya verilən məlumata görə, Bakı Türk Anadolu Liseyinin yerləşdiyi binanın yaxınlığında baş verən yanğının qarşısı alınıb.

Nəsimi Rayon Polis İdarəsindən isə APA-ya bildirilib ki, yanğın Bakı Türk Anadolu Liseyinin həyətində yerləşən transformatorda meydana gəlib. Hadisə yerinə gələn yanğınsöndürənlərin səyi nəticəsində yanğının qarşısı alınıb.

***

saat 11.57

Bakı. Fuad Cəfərov - APA. Bakıda lisey yanır.

Nəsimi Rayon Polis idarəsindən APA-ya verilən məlumata görə, yanğın Təzə bazarın arxasında yerləşən liseydə başlayıb. Əraziyə yanğınsöndürənlər cəlb edilib.

Hazırda yanğın söndürülməsi istiqamətində tədbirlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR