APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Neftçala rayonu, Cəngan kəndi ərazisində Kür çayına “VAZ” markalı minik avtomobili düşüb.
Hadisə yerinə cəlb edilən Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri avtomobilin və həmin nəqliyyat vasitəsinin sürücüsünün 1977-ci il təvəllüdlü Nəcəfov Şamil Fazil oğlunun cəsədini sudan taparaq çıxarılmasını və aidiyyəti üzrə təhvil verilməsini təmin ediblər.