Təhsil Problemləri İnstitutunda Avropa Təlim Fondunun ekspertləri ilə görüş keçirilib

Təhsil Problemləri İnstitutunda Avropa Təlim Fondunun ekspertləri ilə görüş keçirilib
# 31 may 2014 13:52 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Təhsil Problemləri İnstitutunda (TQP) Avropa Təlim Fondunun (ATF) "Azərbaycan İxtisaslaşma Çərçivəsinin İcrasına Dəstək" layihəsinin milli və beynəlxalq ekspertləri ilə görüş keçirilib.

TPİ-dan APA-ya verilən xəbərə görə, institutun direktoru Qulu Novruzov və bir qrup institut əməkdaşının iştirak etdiyi görüşdə Azərbaycan təhsil sisteminin hazırkı durumu, tədris ilinin uzadılması, dünyanın müxtəlif ölkələrində mövcud olan və milli tədris standartları, müəllimlərin peşəkarlıq səviyyələrinin artırılması və s. məsələlər ətrafında geniş danışılıb.


ATF-nin 2014-cü il iş proqramı çərçivəsində Azərbaycan İxtisaslaşma Çərçivəsinin icrasına dəstək məqsədilə ATF-in baş eksperti Arjen Deijə, beynəlxalq ekspert Olav Aarna və milli ekspert Amin Çərkəzov müvafiq ixtisas üzrə AzİC tamamlanması üçün məzmunun, yəni ixtisas standartlarının və kurrikulumların, xüsusilə də Azərbaycanda Milli İxtisas Çərçivəsində (MİÇ) həyata keçirilməsi üçün məsləhət və dəstəyin təmin olunması barədə məlumat veriblər.


Müzakirənin sonunda beynəlxalq ekspertlər gələcəkdə TPİ ilə sıx əməkdaşlıq etmək arzusunda olduğunu bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR