Ağdamın işğalının ildönümü ilə bağlı yürüş keçirilib - FOTOSESSİYA - APA TV

Ağdamın işğalının ildönümü ilə bağlı yürüş keçirilib  - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">APA TV
# 23 iyul 2013 10:17 (UTC +04:00)

APA-nın Qarabağ bürosunun xəbərinə görə, minlərlə rayon sakini Quzanlı qəsəbəsində Soltanpud təpəsinə qədər məsafəni piyada qət ediblər. Yürüş-mitinqdə Ağdamın işğaldan azad olunacağına böyük inamın olduğu qeyd olunub, dünya ölkələrinin ikili standartlara son qoymasına çağırışlar səsləndirilib.

Tədbirə toplaşanlar yaxın gələcəkdə torpaqlarımızın tamamilə işğaldan azad olunacağına ümid bəslədiklərini ifadə ediblər.

Xatırladaq ki, Ağdam rayonu 1993–cü il iyulun 23-də erməni silahlı birləşmələri tərəfindən işğal edilib. İşğal nəticəsində Ağdam rayonunun 1154 kvadrat kilometr ərazisi Ermənistanın nəzarətinə keçib. 147 min nəfər əhalisi olan Ağdamın yalnız 22,6 faizi Azərbaycanın nəzarətindədir. Ermənilər Ağdamın işğal olunmuş ərazilərində tarixi abidələri, qəbiristanlıqları, yaşayış obyektlərini, xəstəxanaları, kitabxanaları, məktəbləri, idarə və müəssisələri dağıdıblar. Ağdam uğrunda gedən döyüşlərdə Azərbaycan tərəfi 6 mindən çox şəhid verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR