Gürcüstanın Milli Olimpiya Komitəsinin keçmiş rəhbərinə qarşı korrupsiya ittihamı irəli sürülüb

Gürcüstanın Milli Olimpiya Komitəsinin keçmiş rəhbərinə qarşı korrupsiya ittihamı irəli sürülüb
# 24 avqust 2013 23:48 (UTC +04:00)

APA-nın “Georgia Online” saytına istinadən verdiyi xəbərə görə, Natsvlişvili “Artes” və AVANTE HOSPITAL MANAGMENT GROUP şirkətlərinin təsisçisi Zaza Kapanadze ilə birgə büdcə vəsaitlərinin dələduzluq yolu ilə mənimsəmədə və qanunsuz gəlirlərin leqallaşdırılmasında ittiham olunurlar.

İstintaq Xidmətinin məlumatına görə, Tbilisidə bir sıra infrastruktur layihələrin icrası zamanı Kapanadze və “Artes” şirkətinin qeyri rəsmi təsisçisi olan Qiya Natsvlişvili görülən işlərin dəyərinin saxtakarlıq yolu ilə şişirtməklə 4 052 108 lari məbləğində büdcə vəsaitlərini mənimsəyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR