“APA Holdinq”in yeni layihəsi fəaliyyətə başlayıb

“APA Holdinq”in yeni layihəsi fəaliyyətə başlayıb
# 12 sentyabr 2013 11:13 (UTC +04:00)

APA Holdinq”in daxil olan Lent.az İnformasiya Agentliyinin növbəti layihəsi olan www.ailem.az portalı fəaliyyətə başlayıb.

APA-nın xəbərinə görə, portalda “Böyüklər üçün”, “Uşaq”, “Ev”, “Mətbəx”, “36.6” (sağlamlıq), “Dəb” və “Əyləncə” bölmələri fəaliyyət göstərir. Burada ailə institutunun müxtəlif aspektləri, bu mövzuda yerli və dünya mediasında dərc olunmuş faydalı araşdırmalar və məsləhətlər, habelə uşaq oyunları, böyüklər üçün psixoloji testlər, intim həyata dair materiallar, sevgi münasibətləri ilə bağlı müxtəlif yazılar yer alacaq.

“Uşaq” bölməsində valideynlər övladların təlim-tərbiyəsi, qidalanması, gigiyenası ilə bağlı yazılar toplanacaq. Uşaqlar müxtəlif maraqlı oyunlar oynaya biləcək. İstedadlı balalar isə öz bacarıqlarını bölüşəcək, şeirlərini, hekayələrini, rəsmlərini təqdim edə biləcəklər.

“36.6” bölümündə müxtəlif sahələr üzrə ixtisaslaşmış həkimlər, eləcə də bütün bölmələrə uyğun mütəxəssislərlə interaktiv əlaqə qurulacaq, oxucular onlara suallarla müraciət edib cavab və məsləhət ala biləcəklər.

“Mətbəx” bölümündə yemək və içmək barədə, “Ev” bölümündə dizayn, təmir, məişət texnikası və bağçılıq kimi maraqlı mövzulara toxunulacaq.

Portalın “Dəb” bölümündə oxucular müasir trendlərlə tanış olacaq, “Əyləncə” bölməsində isə səyahətlər, maraqlı adamların hobbiləri barədə məlumat ala biləcəklər.

Portalda oxuculara mütəxəssislərlə birbaşa ünsiyyət imkanı da yaradılıb. Eyni zamanda oxucular maraqlı videoları, fotoları da sayta birbaşa yükləyə biləcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR