Ukraynanın Mariupol şəhərində hərbi baza yaxınlığında atışma olub

Ukraynanın Mariupol şəhərində hərbi baza yaxınlığında atışma olub
# 07 may 2014 03:55 (UTC +04:00)

Bakı-APA. Ukraynanın Mariupol şəhərinin mərkəzi küçəsi sayılan Lenin prospekti bağlanıb, ələ keçirilmiş şəhər şurasının qarşısında avtomobil şinləri yandırılıb. APA-nın “Ukrainskaya Pravda” portalına istinadən verdiyi xəbərə görə, Mariupol aeroportu yaxınlığındakı hərbi bazanın qarşısında atışma olub. Belə ki, hərbi geyimdə olan silahlı şəxslər mikroavtobuslar da daxil olmaqla bir neçə avtomobili atəşə tutub. Şəhərin mərkəzi hissəsində də atışma səsləri eşidilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR