“Rabitə” yenidən klublararası dünya çempionatında iştirak edəcək

“Rabitə” yenidən klublararası dünya çempionatında iştirak edəcək
# 17 mart 2014 09:20 (UTC +04:00)

Bakı – APA. Azərbaycan çempionu “Rabitə” növbəti dəfə klublararası dünya çempionatında iştirak edəcək. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi 1 illik fasilədən sonra planetin ən səviyyəli klub turnirinə qatılacaq.

Bu barədə qərarı Beynəlxalq Voleybol Federasiyası (FİVB) verib.

FİVB bu il mayın 7-dən 11-dək İsveçrənin Sürix şəhərində keçiriləcək mundial üçün nəzərdə tutulan 2 “wild card”dan birinə “Rabitə”ni layiq görüb. Buna paytaxt klubunun son illər qazandığı uğurlar və yarışın iştirakçılarının tərkibinin dəyişdirilməsi səbəb olub.

Belə ki, ümumilikdə 8-ci, İsveçrədə isə 2-ci dəfə keçiriləcək yarışda NORCECA (Şimali və Mərkəzi Amerika, Karib Dənizi Hövzəsi ölkələri) və CAVB (Afrika) təmsil olunmayacaq. Onların əvəzində isə Avropa, Cənubi Amerika və Asiyanın ən güclüləri, həmçinin meydan sahiblərinə “wild card” alacaq 2 komanda qoşulacaq.

Avropanı Bakıda başa çatan Çempionlar Liqasının qalibi Kazan “Dinamo”su, Cənubi Amerikada analoji yarışın ən güclüsü Braziliya “Sesi” təmsil edəcəksə, Asiyanın çempionu hələ müəyyənləşməyib. İsveçrə isə turnirdə yenə “Volero” ilə çıxış edəcək.

FİVB bu dəfə hər 2 “güzəştli kart”ı Avropaya vermək istəyir. Artıq onlardan birini Çempionlar Liqasının üçüncüsü olan “Rabitə”yə verən qurum yarışın finalında məğlub olan “Vakıfbank”ın (Türkiyə) da uğurlarını diqqətdən kənar qoymaq niyyətində deyil. Son dünya çempionunu olan istanbulluların “wild card” alacağı rəsmiləşməsə də, “Rabitə”yə məhz onların qoşulacağı gözlənilir.

Qeyd edək ki, “Rabitə” 2011-ci ildə dünya çempionatının qalibi, 1 il sonra isə gümüş mükafatçısı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR