Vladimir Putin: “Kimyəvi silahın Suriya hakimiyyəti tərəfindən tətbiq olunduğu sübuta yetirilərsə, hərbi müdaxiləyə etiraz etməyəcəyik” - FOTO

Vladimir Putin: “Kimyəvi silahın Suriya hakimiyyəti tərəfindən tətbiq olunduğu sübuta yetirilərsə, hərbi müdaxiləyə etiraz etməyəcəyik” - <span style="color: red;">FOTO
# 04 sentyabr 2013 14:34 (UTC +04:00)

APA-nın Moskva mübirinin verdiyi məlumata görə, bunu Rusiyanın “Birinci kanal”ı və ABŞ-ın “Assosicated Press” agentliyinə müsahibəsində Rusiya prezidenti Vladimir Putin deyib. O bildirib ki, Suriyada hərbi əməliyyatların başlanmasına BMT qərar verməlidir: “Kimyəvi silahın kim tərəfindən tətbiq olunduğu sübuta yetirilməlidir. Yalnız bundan sonra Moskva qərarlı bir şəkildə hərəkət edə bilər. Beynəlxalq hüquqa əsasən hər hansı ölkəyə qarşı silahlı gücdən istifadəyə yalnız BMT Təhlükəsizlik Şurası tərəfindən icazə verilə bilər. Əks halda, bunu ancaq hücum kimi xarakterizə etmək olar”.

Rusiya prezidenti Suriyada kimyəvi silahın tətbiq edilməsi ilə bağlı yayılan görüntüləri dəyərləndirib: “Uşaqların kimyəvi silah tətbiqi nəticəsində öldürüldükləri iddia edilən görüntülər çox qorxuncdur. Ancaq görüntülər silahın kim tərəfindən tətbiq edildiyinin cavabını verimir. Bu görüntünün “Əl-Qaidə” terror təşkilatının montajı olduğu ilə bağlı fikirlər səslənir. ABŞ hökumətinin də yaxından tanıdığı bu terrorçular olduqca mərhəmətsizdilər. Biz görüntülərə çox diqqətlə baxdıq. Orada valideyn, ailə və həkimlərin olmaması şübhəlidir.Biz Suriyada hər hansı bir münaqişənin tərəfi olmadıq, bundan sonra da olmayacağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR