Mayda “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə 1,9 mln. manat ödənişi edilib

Mayda “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə 1,9 mln. manat ödənişi edilib
# 03 iyun 2014 10:43 (UTC +04:00)

Bakı – APA-Economics. Bu ilin may ayı ərzində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə İcbari Sığorta Bürosu iştirakçıları olan sığorta şirkətləri tərəfindən 1454 sığorta tələbi üzrə 1 mln. 895 min 428 manat məbləğində sığorta ödənişi həyata keçirilib.

Ödənilən sığorta tələblərinin və həmin tələblər üzrə həyata keçirilən sığorta ödənişlərinin zərərin növü üzrə bölgüsü aşağıdakı kimi olub:

NV-nə dəyən zərər üzrə

Əmlaka dəyən zərər üzrə

Sağlamlığa dəyən zərər üzrə

Şəxsin ölümü üzrə

Cəmi

Say

Məbləğ

Say

Məbləğ

Say

Məbləğ

Say

Məbləğ

Say

Məbləğ

1,308

1,599,389

40

45,789

73

85,250

33

165,000

1,454

1,895,428

Ötən ay avtomobillərə dəymiş zərərə görə verilən sığorta ödənişlərinin orta məbləği 1 223 manat təşkil edib.

Mayda İSB tərəfindən 6 kompensasiya tələbi üzrə cəmi 19 500 manat məbləğində kompensasiya ödənişi həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR