Azərbaycanda ovçu bədbəxt hadisə zamanı ölüb

Azərbaycanda ovçu bədbəxt hadisə zamanı ölüb
# 03 yanvar 2014 11:13 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Azərbaycanda ovçu bədbəxt hadisə zamanı ölüb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanvarın 1-də Neftçala rayonu Yenikənd kəndinin ərazisində kənd sakini Baxşəli Baxşəliyev ov edərkən yıxılıb və əlindəki tüfəngdən açılan atəşdən hadisə yerində dünyasını dəyişib.

Hadisə yerindən 1 ədəd ov tüfəngi götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR