YAP Bakı, Abşeron və Sumqayıt üzrə müşavirə keçirib - FOTOSESSİYA - APA TV

YAP Bakı, Abşeron və Sumqayıt üzrə müşavirə keçirib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">APA TV
# 16 iyul 2013 10:44 (UTC +04:00)

APA-nın məlumatına görə, müşavirədə YAP icra katibinin müavinləri Siyavuş Novruzov, Mübariz Qurbanlı, Milli Məclisin deputatı Hüseynbala Mirələmov və digər partiya funksionerləri iştirak edib.


İclasda partiyanın qarşıdan gələn prezident seçkilərinə hazırlığı, prezidentliyə namizədin qeydiyyatı ilə bağlı imzatoplama, prezident İlham Əliyevin 10 illik fəaliyyəti ərzində qazandığı uğurlar, ölkə iqtisadiyyatının inkişafı, ölkədəki ictimai-siyasi proseslər və digər məsələlər barəsində müzakirələr aparılıb.


Siyavuş Novruzov bildirib ki, YAP artıq prezidentliyə namizədini müəyyənləşdirib və bu İlham Əliyevdir. Tədbirin keçirilməsində məqsəd isə qanunvericiliyin tələbinə uyğun olaraq namizədin qeydiyyatı üçün seçki dairələrində imza vərəqələrinin doldurulması prosesinə hazırlıqdır: “Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq hər bir namizədin müdafiəsi üçün 40 min seçicinin imzasına ehtiyac var. Bundan başqa, imzalar ən azı 60 dairəni əhatə etməlidir”. S.Novruzov imzatoplama kampaniyası zamanı qarşıya çıxa biləcək problemlər, bunların aradan qaldırılması, proses zamanı digər detallar haqda danışıb.


Mübariz Qurbanlı seçki texnologiyaları ilə bağlı öz tövsiyələrini verib: “Seçki kampaniyasının çox mühüm mərhələləri var. Bundan sonrakı mərhələ isə təşviqat və təbliğat kampaniyasıdır. Bu mərhələdə diqqət alınası bir sıra məqamlar mövcuddur ki, təbliğat işində bunlar nəzərə alınmalıdır. Yəni YAP-ın namizədi əsasən partiyanın üzvü olan tərəfdarlarından və ümummilli lider Heydər Əliyevin kursunu davam etdirən və bu siyasi kursu uğurla aparan prezident İlham Əliyevin siyasətini dəstəkləyənlərdən səs qazana bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR