Qəbələdə qadın bədbəxt hadisə nəticəsində ölüb

Qəbələdə qadın bədbəxt hadisə nəticəsində ölüb
# 17 may 2014 09:44 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Qəbələ rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, mayın 12-də Qəbələ rayon sakini Aybəniz Fətullayeva evində qaz sobası ilə ehtiyatsız davrandığından yanıq xəsarəti alıb.

Xəstəxanaya yerləşdirilmiş A. Fətullayeva mayın 16-da xəstəxanada ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR