Volqoqradda “Rusiya-Azərbaycan: regionlararası dialoq - 2013” adlı dördüncü forum başlayıb

Volqoqradda “Rusiya-Azərbaycan: regionlararası dialoq - 2013” adlı dördüncü forum başlayıb
# 05 iyun 2013 14:19 (UTC +04:00)

Forumun əsas plenar iclası iyunun 6-da keçiriləcək. Tədbirdə iqtisadi tərəfdaşlığa dair, humanitar əlaqələrin inkişafına dair, Azərbaycan və Rusiyanın Xəzər regionunda stabilliyin bərqərar olmasında roluna dair dəyirmi masalar keçiriləcək.

Forumun yekununda Rusiya və Azərbaycan energetika sistemləri arasında paralel işin təmin olunması tədbirləri barədə saziş imzalanacaq.

Bundan başqa Volqoqrad vilayəti ilə Azərbaycan arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq barədə saziş imzalanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR