Rusya Dövlət Dumasının nümayəndə heyəti Azərbaycanda prezident seçkilərini izləyəcək

Rusya Dövlət Dumasının nümayəndə heyəti Azərbaycanda prezident seçkilərini izləyəcək
# 03 oktyabr 2013 17:53 (UTC +04:00)

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, nümayəndə heyətinə Dumanın MDB məsələləri üzrə komitəsinin sədri, Rusiya Liberal Demokrat Partiyasından (RLDP) olan deputat Leonid Slutski rəhbərlik edəcək.

Nümayəndə heyətinin tərkibinə Vahid Rusiya (Yedinnaya Rossiya) Partiyasından olan deputatlar Oleq Lebedev, Hacmət Səfərəliyev, Nadejda Şkolkina, Murad Hacıyev, Zaur Qekkiev, Svetlana Maksimova, Svetlana Jurova, Kommunist Partiyasına olan deputat Kazbek Taysayev, RLDP-dən İlya Drozdov, Ədalətli Rusiya Partiyasından isə Alla Kuzmina daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR