Avropa Məhkəməsi hüquq müdafiəçisinin MSK-ya qarşı şikayəti ilə bağlı kommunikasiyaya başlayıb

Avropa Məhkəməsi hüquq müdafiəçisinin MSK-ya qarşı şikayəti ilə bağlı kommunikasiyaya başlayıb
# 24 sentyabr 2013 09:59 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Avropa İnsan Hüquqları Məhkəməsi İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudovun şikayəti ilə bağlı Azərbaycan hökuməti ilə kommunikasiyaya başlayıb. Bu barədə APA-ya hüquq müdafiəçisinin özü məlumat verib.

E. Behbudov Avropa Məhkəməsindən ona məktub göndərildiyini bildirib: “Məktubda bildirilib ki, mənim şikayətimlə bağlı Azərbaycan hökumətinə sorğu göndərilib və şikayətim icraata qəbul edilib ”.

Qeyd edək ki, 2010-cu ildə keçirilən parlament seçkilərində Mərkəzi Seçki Komissiyası (MSK) E. Behbudovun namizədliyini qeydə almayıb. Buna E. Behbudovun təqdim etdiyi imzaların saxta olması səbəb göstərilib. E. Behbudov həmin qərardan apellyasiya şikayəti versə də, məhkəmə şikayəti təmin etməyib. Ali Məhkəmə də qərarı qüvvəsində saxlayıb. Bundan sonra E. Behbudov Avropa İnsan Hüquqları məhkəməsinə şikayət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR