Abituriyentlərin ixtisas seçimi və orta ixtisas məktəblərinə sənəd qəbulu başa çatıb

Abituriyentlərin ixtisas seçimi və orta ixtisas məktəblərinə sənəd qəbulu başa çatıb
# 16 avqust 2013 08:12 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bu gün saat 11:00-da abituriyentlərin ixtisas seçimi və ümumi orta təhsil bazasından (9 illik) orta ixtisas məktəblərinə sənəd qəbulu başa çatıb.

Bu barədə APA-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə məlumat verilib. Onun sözlərinə görə, ali məktəblərə qəbulun nəticəsi 3 gün ərzində məlum olacaq.

Orta ixtisas təhsili müəssisələrinə (ümumi orta təhsil bazasında) qəbul imtahanı isə avqustun 25-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR