Mərkəzi Nəbatat bağında Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

Mərkəzi Nəbatat bağında Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar tədbir keçirilib
# 10 may 2014 14:03 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bu gün Mərkəzi Nəbatat bağında ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Beynəlxalq “Qida sənayesi” (WorldFood Azerbaijan) və VIII Azərbaycan Beynəlxalq “Kənd Təsərrüfatı” (Agrihot Azerbaijan) sərgilərinin iştirakçıları tərəfindən üzüm və gül şitilləri əkilib.

APA-nın xəbərinə görə, tədbir üçün xüsusi olaraq müxtəlif üzüm növlərindən 91 şitil seçilib. Tədbirdə kənd təsərrüfatı naziri Heydər Əsədov, nazirliyin digər nümayəndələri, eləcə də “WorldFood Azerbaijan” və “Agrihot Azerbaijan” sərgilərinin iştirakçı şirkətləri, o cümlədən “İteca Caspian” və “İTE Group plc.” şirkətlərinin təmsilçiləri iştirak ediblər.

Qeyd edək ki, adı çəkilən sərgilər isə mayın 22-dən 24-dək Bakı Expo Mərkəzində keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR