Bakıda dünya şöhrətli fotoqrafın sərgisi açılacaq

Bakıda dünya şöhrətli fotoqrafın sərgisi açılacaq
# 05 iyun 2013 12:27 (UTC +04:00)

Bakı. Turan Şakir – APA. Bakıda dünya şöhrətli rusiyalı fotoqraf Yuri Rostun sərgisi açılacaq. Bu barədə APA-ya Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov məlumat verib. Onun sözlərinə görə, rəssam Bakıya həmkarı Natalya Yestinova ilə birgə gələcək: “Bu sərgi iyun ayına nəzərdə tutulmuşdu. Amma fotoqraf-rəssamın səhhətində problemlər olduğu üçün səfər təxirə salındı. Razılaşmaya görə, sərgi sentyabr ayına planlaşdırılıb”.

F. Xəlilov onu da qeyd edib ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçiriləcək sərgi İçərişəhərdə açılacaq: “Sərgi fotoqraf-rəssamların yaradıcılıqlarına həsr olunduğu üçün müxtəlif məzmunlu fotoşəkillər nümayiş olunacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR