Qubada baş verən qəzada 3 nəfər xəsarət alıb - APA TV

Qubada baş verən qəzada 3 nəfər xəsarət alıb - <span style="color: red;">APA TV
# 08 avqust 2013 09:13 (UTC +04:00)

Quba. Vəli Turan - APA. Bu gün Qubada yol nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Quba-Qusar yolunda Qırmızı Qəsəbə ərazisində qeydə alınıb.

“BMW” markalı 90 DS 339 dövlət nömrə nişanlı maşın idarəetməni itirərək işıq dirəyinə çırpılıb və dirəyi aşırıb. Qəza nəticəsində 3 nəfər müxtəlif bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlar Alpan kənd sakinləri Şərifov Məqsəd Alpan, Alpan kənd sakini 1955-ci il təvəllüldü Ağasiyev Qafil, 1968-ci il təvəllüdlü Alpan kənd sakini Qəribova Gülşəndir. M.Şərifov ilkin tibbi yardımdan sonra ambulator müalicə üçün evə buraxılıb. Quba MRX-nın həkimi Anar Babayevin APA-ya verdiyi məlumata görə, digər iki xəstənin vəziyyəti ağırdır.

Faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR