Gənc dövlət qulluqçuları üçün təlim keçirilir

Gənc dövlət qulluqçuları üçün təlim keçirilir
# 17 dekabr 2013 16:11 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bu gün «Azərbaycan gəncliyi 2011-2015-ci illərdə» Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planına uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən keçirilmiş müsabiqələrdə müvəffəqiyyət əldə edən və hazırda dövlət qulluğunda çalışan gənclərə onların peşə bacarıqlarının təkmilləşdirilməsi və müasir dövrün tələblərinə cavab verən gənc menecerlərin formalaşdırılması məqsədilə Komissiyanın əməkdaşları tərəfindən təlimlərin keçirilməsinə başlanılıb. Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, təlimdə 19 dövlət orqanının mərkəzi aparatlarında və Bakı şəhəri üzrə yerli bölmələrində inzibati vəzifələrdə qulluq keçən 120 gənc dövlət qulluqçusu, həmçinin, gənclər sahəsi üzrə qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edir. Təşkil edilmiş təlimdə Komissiyanın əməkdaşları “Komanda qurmaq bacarığı” və “Dövlət qulluqçularının etik davranış qaydaları” mövzularında təqdimatla çıxış edəcəklər.

Qeyd edək ki, təlim dekabrın 18-nə kimi davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR