AXCP üzvü şərti cəzaya məhkum edilib

AXCP üzvü şərti cəzaya məhkum edilib
# 14 oktyabr 2013 08:36 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. AXCP üzvü Dəyanət Babayevə hökm oxunub. Bu barədə APA-ya Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzinin direktoru Əsabəli Mustafayev məlumat verib. Ə. Mustafayev qeyd edib ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının(AXCP) üzvü Dəyanət Babayevin cinayət işi üzrə bu gün Nəsimi Rayon Məhkəməsində hakim Xumar Mərdanovanın sədrliyi ilə keçirilən məhkəmə prosesində qərar qəbul edilib.

Qərara əsasən D. Babayev 3 il müddətinə azadlıqdan məhrum olunub. Məhkəmə D. Babayev barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin (cəzanın şərti hesab olunması) tətbiqinə qərar verib və ona 2 il sınaq müddəti tətbiq edilib.

Qeyd edək ki, D. Babayev Bakı şəhər sakini Tofiq Səlimovun şikayəti əsasında saxlanılıb. Həmin şəxs şikayətində D. Babayev tərəfindən fiziki zorakılığa məruz qaldığını deyib. D. Babayev Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə) maddəsi ilə ittiham olunurdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR