2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarının rəsmi loqosu təqdim edilib - FOTOSESSİYA - VİDEO

2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarının rəsmi loqosu təqdim edilib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 23 noyabr 2013 10:56 (UTC +04:00)

Öncə Bakı-2015 və loqo ilə bağlı videoçarx nümayiş olunub. Ardınca Olimpiya çempionlarımız Bakı-2015-lə bağlı fikirlərini açıqlayıb, yarışdakı şanslarımızı dəyərləndiriblər.

35 yaşlı Adəm Yunisovun tərtib etdiyi loqo ölkəmizin qədim və müasir mədəniyyətini, səylərini formalaşdırmış 5 əsas elementi bir araya gətirib. Yunisovun açıq ictimai müsabiqə nəticəsində seçilmiş loqo tərtibatı ölkənin təbii gözəlliklərini, mədəniyyət və irsini, o cümlədən Avropanın ən sürətlə böyüyən iqtisadiyyatı və şəhərlərindən biri kimi Bakının assosiasiyasını təsvir edir.

Loqo tərtibatçısı bildirib ki, bununla qürur duyur: “Mən Azərbaycan xalqının ilk dəfə keçiriləcək Avropa Oyunlarına olan həvəs və istəyini ifadə etmək, fikirdə və idmanda yenilikçi və ilhamlandırıcı olmaq istədim. Bu həmin ideyanı əks etdirən əlamətdar bir loqodur”.

Loqodakı xalı özündə UNESCO-nun 2010-cu il Bəşəriyyətin Qeyri-Maddi Mənəvi İrsinin Nümunələrinin Siyahısına daxil edilmiş Azərbaycan xalçaçılıq sənətini, əksər xalçaçılıq bölgələrində şifahi və əməli şəkildə nəsildən-nəslə ötürülən ailə ənənəsini əks etdirir. Loqonun bu elementi Bakı-2015 planlarına xas olan mədəni irsin, müxtəlifliyin və yaradıcı ifadənin vacibliyi kimi prinsipləri özündə cəmləyib.

Alov – Azərbaycan “Odlar Yudu” kimi tanınıb. Bakının hər yerindən görünən, alov dillərinin hərəkətini əks etdirən LED ilə örtülmüş Alov Qüllələri və dan yeri ağaranda torpağın təkindən çıxan təbii qazla alovlanan Yanar Dağ dünyanın hər yerindən turistləri cəlb edir və ziyarətçilərin sayı ötən 10 illik ərzində 3 dəfə artıb. Bu element paytaxtımızın Avropanın ilk Oyunlarına öz sahibliyi etmək üçün alışıb-yanan ambisiyasını əks etdirir.

Dalğa – Dəniz səviyyəsindən 28 m aşağıda yerləşmiş Bakı dünyanın ən alçaq nöqtəsində yerləşən paytaxt şəhəridir. Bu şəhər həmçinin, dünyanın ən böyük gölü kimi tanınan Xəzər dənizinin içərilərinə nüfuz edən Abşeron yarımadasının cənub sahilində yerləşir. Bakı Limanı dünyanın ən böyük dəniz limanı olub, tarixi 1902-ci ildən başlayır. Hazırda Azərbaycan paytaxtının unikal coğrafi mövqeyi onun iqtisadi, sosial və mədəni inkişafına təkan verir. Bu element şəhərin Xəzər dənizinin sahili boyu Şərq-Qərb oxu üzrə dinamik inkişafının və qitədə idmanın gələcəyini formalaşdıracaq Avropa Oyunları üçün yeni dalğa konsepsiyasının rəmzidir.

Simurq quşu – Xoşməramlı, əfsanəvi Simurq quşu yerlə göy arasında vəhdətin rəmzi hesab edilib, hər ikisi arasında vasitəçi və müjdəçi rolunu oynayır. Bu element Azərbaycan xalqının təbiətlə bağlılığının, onların 2015-ci ildə atlet, azarkeş və rəsmiləri qarşılayarkən göstərəcəkləri mehribanlıq və qonaqpərvərliyin rəmzidir.

Nar – Azərbaycanda məşhur olan meyvə və irs kimi nar əzəldən bərəkət və bolluğun rəmzidir. Loqonun bu beşinci elementi Bakı-2015-in avropalıları idman sahəsində bir araya gətirməklə və gələcək nəsillər üçün miras qoymaq ambisiyasını təmsil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR