Silahlı Qüvvələrə Yardım Fondunun vəsaiti 9 ay ərzində 13,6 milyon dollar artıb

Silahlı Qüvvələrə Yardım Fondunun vəsaiti 9 ay ərzində 13,6 milyon dollar artıb
# 02 oktyabr 2013 10:00 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna yığılan vəsaitin həcmi 9 ay ərzində 13 milyon 600 min 512 dollar artıb. Bu barədə APA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Oktyabrın 1-i tarixinə fondun bank hesabına toplanmış vəsait 46 386 418 manat, 211 791 ABŞ dolları, 593 Avro olmaqla, ümumən 59 milyon 341 min 186 dollar təşkil edib. İlin əvvəli ilə müqayisədə fondun ABŞ valyutası ilə olan hesabındakı vəsaitdə 6000 dollar artıb, avro hesabındakı (593 avro) vəsait dəyişməz qalıb. Rusiya rublu ilə olan hesaba isə vəsait daxil olmayıb.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan prezidentinin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb. Sərəncama əsasən Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalar hesabına formalaşır.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR