İranda zəlzələ olub

İranda zəlzələ olub
# 29 yanvar 2014 01:23 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İranın Xorasan Rəzəvi vilayətində zəlzələ baş verib. APA-nın Tehran Universiteti Geofizika İnstitutu Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, təbii fəlakətin episentri İranın Xorasan Rəzəvi vilayətinin Sultanabad rayonuna təsadüf edib. 4.6 bal gücündə olan zəlzələ yanvarın 28-də Bakı vaxtı ilə saat 20:16-da yerin 12 km dərinliyində meydana gəlib. Təbii fəlakət Sultanabaddan 26 km, Nişapurdan 46 km və Eşqabaddan 47 km uzaqlıqda baş verib. Dağıntı və tələfat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR