“Unibank” bəzi peşə sahibləri üçün kredit faizlərini endirib

“Unibank” bəzi peşə sahibləri üçün kredit faizlərini endirib
# 11 oktyabr 2013 11:17 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanın “Unibank” peşə bayramları münasibətilə prokurorluq işçiləri, poçt əməkdaşları, müəllimlər, yanğınsöndürənlər, dəmir yolu işçiləri və energetiklər üçün kredit faizlərini endirib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, bu peşələrin sahibləri oktyabrın 30-dək “Unibank” filiallarından 3% endirimlə kredit ala bilərlər.

Dəyərli peşə sahibləri bank filiallarından maksimal 7 500 manatadək və 48 ay müddətinədək kredit götürə biləcəklər. Üstəlik, hər bir müştəriyə minimum 300 manat balanslı üzvlük kartı da hədiyyə edilir.

“Unibank” 33 filialı ilə həftənin 6 günü fəaliyyət göstərir. Müştərilərinə bütün həftəni xidmət etmək üçün “Unibank”ın filialları, şənbə günlərini də tam iş qrafikinə keçib. Filiallar nahar fasiləsiz işləyir.

Qeyd edək ki, “Unibank”da kredit ödənişləri çox asan olub. İndi bütün “Unibank” müştəriləri kreditləri poçt şöbələrindən, “MilliÖn” ödəniş terminallarında, hesab.az saytında, “Unibank”ın “cash-in” ödəniş terminallarında və unibank.az saytında vaxt itirmədən, növbəsiz və rahat ödəyə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR