Deputat Novruz Aslanov İsmayıllıda seçiciləri qəbul edib - FOTO

Deputat Novruz Aslanov İsmayıllıda seçiciləri qəbul edib - <span style="color: red;">FOTO
# 04 aprel 2014 08:08 (UTC +04:00)

Bakı-APA. Milli Məclisin (MM) deputatı Novruz Aslanov aprelin 3-də İsmayıllı rayonuna növbəti səfərini edib. Deputatın qərargahından APA-ya verilən məlumata görə, Novruz Aslanov İsmayıllı şəhərində yerləşən ofisində seçiciləri qəbul edib və onların problemləri ilə maraqlanıb. Seçicilər əsasən sosial yönümlü məsələlərə dair müraciətlər ediblər. Eyni zaman məişət problemləri ilə bağlı məsələlər də bu sırada olub. Bir neçə məsələ yerindəcə həll edilib. Digər məsələlərə dair əlaqədar qurumlara müraciətlərin ediləcəyi bildirilib.

Qəbuldan sonra millət vəkili İsmayıllı rayonu Çəmənli kənd sakini, milli orduda xidməti zamanı tapşırığı yerinə yetirərkən erməni snayperi tərəfindən açılan atəşlə şəhid olmuş Akif Baxşıyevin yas mərasimində iştirak edərək şəhidin valideynlərinə başsağlığı verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR