Nəqliyyat naziri Ziya Məmmədov Şəkidə vətəndaşlarla görüşəcək

Nəqliyyat naziri Ziya Məmmədov Şəkidə vətəndaşlarla görüşəcək
# 04 sentyabr 2013 09:59 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Nəqliyyat naziri Ziya Məmmədov sentyabrın 10-da Şəki şəhərindəki Olimpiya Kompleksində İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.

Nazirliyin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, vətəndaşların qəbulu və müraciətlərinə baxılması, mövcud nəqliyyat problemlərinin araşdırılması və həll edilməsi məqsədi ilə təşkil oluncaq qəbul saat 12.00-da olacaq.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı sentyabrın 9-da saat 09:00-dan 18:00-dək müvafiq olaraq aşağıdakı ünvanlarda aparılacaq:

Şəki 15 saylı Yol İstismarı İdarəsi (Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 1)

İsmayıllı 10 saylı Yol İstismarı İdarəsi (İsmayıllı şəhəri, Ərəstun Mahmudov küçəsi, 2)

Qəbələ 11 saylı Yol İstismarı İdarəsi (Qəbələ şəhəri, 28 May küçəsi, 38)

Oğuz 61 saylı Yol İstismarı İdarəsi (Oğuz şəhəri, 20 Yanvar küçəsi, 9)

Qax 16 saylı Yol İstismarı İdarəsi (Qax şəhəri, Sabir küçəsi, 8)

Zaqatala 17 saylı Yol İstismarı İdarəsi (Zaqatala rayonu, Yuxarı Tala kəndi)

Balakən 51 saylı Yol İstismarı İdarəsi (Balakən şəhəri, 28 May küçəsi, 12)

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR