Dünyada narkotiklər əleyhinə xüsusi kampaniya başlayır

Dünyada narkotiklər əleyhinə xüsusi kampaniya başlayır
# 25 iyun 2013 08:57 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. İyunun 26-dan etibarən dünyada Birləşmiş Millətlər Təşkilatı tərəfindən narkotiklər əleyhinə xüsusi kampaniya başlayır. APA-nın xəbərinə görə, bunu Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin rəhbəri Məzahir Əfəndiyev “Narkomanlıqla mübarizədə gənclərin rolu” adlı konfransda çıxışı zamanı deyib. O bildirib ki, bütün məsələlərdə qabaqcıl fikirlərini ortaya qoyan Azərbaycan bu kampaniyada da bilavasitə iştirak edəcək.

M. Əfəndiyev qeyd edib ki, Azərbaycan da bugünkü tədbir vasitəsilə bu qlobal problemin həllindən kənarda qalmadığını və kampaniyaya qoşulduğunu elan edir: “Əminik ki, istər Azərbaycanda, istərsə də dünyada düzgün maarifləndirmə və təbliğat metodları işləyib hazırlamaqla bu kampaniya çərçivəsində narkomaniya ilə mübarizə sahəsində hər kəs öz töhfəsini verəcək. Hər il BMT bu sahədə xüsusi sloqan qəbul edir. Builki sloqan isə belədir: “Həyatınızın yeni pilləsini sağlam edin, narkotikılərə yox deyin””.

M. Əfəndiyevin sözlərinə görə, iyunun 26-da Vyanada keçiriləcək iclasda Birləşmiş Millətlər Təşkilatının rəhbərliyi dünyadakı durumu əks etdirən hesabat açıqlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR