Yevlaxda narkotik bitki becərən şəxslər tutulub

Yevlaxda narkotik bitki becərən şəxslər tutulub
# 10 iyun 2013 08:10 (UTC +04:00)

Yevlax. Elvin Yaqubov - APA. Yevlax rayonunda “Xaşxaş-2013” şərti adı altında keçirilən kompleks əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz becərilməsi ilə məşğul olan şəxslər saxlanılıb. APA-nın məlumatına görə, Yevlax rayon Polis Şöbəsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində Xanabad kənd sakini, 1951-ci il təvəllüdlü Mustafayev Mustafa Baloğlan oğluna məxsus həyətyanı sahədən xüsusi qulluq göstərilməklə becərilən narkotik xassəli çətənə kolları aşkarlanıb. Əraziyə baxış zamanı oradan 30 ədəd, ümumi çəkisi 11,5 kiloqram olan çətənə kolu götürülüb. Bundan əlavə, polis əməkdaşları tərəfindən keçirilən digər əməliyyat zamanı isə Xaldan qəsəbəsinin Yuxarı Salamabad kənd sakini, 1981-ci il təvəllüdlü Kərimov Anar Şahin oğluna məxsus həyətyanı sahədən becərilmiş 10 ədəd, çəkisi 6,5 kiloqram olan çətənə kolu aşkar edilərək götürülüb. Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR