Adil Qəribov: “Doqquz ballıq seymik zonada yerləşən Metsamor AES-in köhnə reaktorunun istismarı böyük təhlükə mənbəyidir” - VİDEO

Adil Qəribov: “Doqquz ballıq seymik zonada yerləşən Metsamor AES-in köhnə reaktorunun istismarı böyük təhlükə mənbəyidir” - <span style="color: red;">VİDEO
# 25 noyabr 2013 15:53 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “9 ballıq seymik zonada yerləşən Metsamor Atom Elektrik Stansiyasının köhnə reaktorunun istismarı böyük təhlükə mənbəyidir. Bu məsələ hər zaman Azərbaycan dövlətinin, cəmiyyətinin diqqət mərkəzindədir”. Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov deyib. O bildirib ki, reaktorun seysmik zonada yerləşməsi potensial təhlükə olaraq Azərbaycan tərəfini hər zaman düşündürür.

A. Qəribov qeyd edib ki, Ermənistan AES-i soyutmaq üçün suyu Arazdan götürür: “Su heç vaxt aktiv zonada olmur. Aktiv zonaya təmiz və distillə edilmiş su girir. Buna görə də suyun heç bir radioaktiv çirklənməsi baş vermir. Öz analizlərimiz və monitorinqlərimizin nəticəsi də göstərir ki, heç bir tullantı Araz çayına tökülmür. Çünki Ermənistan özü həmin radioaktiv maddələri idarə etmək gücünə malik deyil. Ona görə də məsələdən qorxmaq, ehtiyat etmək lazım deyil. Çünki burada beynəlxalq nəzarət güclüdür. Lakin stansiyanın uzun müddət istifadə olunması böyük təhlükə yaradır. Blok 80-ci ildə istifadəyə verilib və 33 ildir ki, işləyən reaktor öz ömrünü başa çatdırıb”.

A. Qəribov qeyd edib ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin tapşırığına əsasən Metsamor AES-də 2016-cı ilə kimi təhlükəsizliyin təmin olunması üzrə işlər aparılmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR