Bakıda intihara cəhdin qarşısı alınıb - YENİLƏNİB

Bakıda intihara cəhdin qarşısı alınıb - <span style="color: red;">YENİLƏNİB
# 10 iyul 2013 10:37 (UTC +04:00)

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, özünü 9-cu mərtəbədən atmaq istəyən şəxs Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

***

12:53

Bakı. Fuad Cəfərov – APA. Bakıda naməlum kişi intihara cəhd edib.

Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə “Üç Tac” yaşayış binaları kimi tanınan ərazidə qeydə alınıb. Şəxsiyyəti hələlik məlum olmayan bir nəfər həmin binalardan birinin 9-cu mərtəbəsindən özünü atmaq istəyib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib.

Hazırda intihara cəhd edən şəxslə danışıqlar aparılır. Hələlik onu fikrindən daşındırmaq mümkün olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR