Əmək və əhalinin sosial müdafiəsi naziri Lənkəranda vətəndaşları qəbul edəcək

Əmək və əhalinin sosial müdafiəsi naziri Lənkəranda vətəndaşları qəbul edəcək
# 13 yanvar 2014 13:13 (UTC +04:00)

Bakı - APA. Yanvarın 24-də saat 10:00-da əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Lənkəran rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin inzibati binasında bu rayonun, eləcə də Lerik, Astara, Yardımlı, Masallı və Cəlilabad rayonlarının sakinləri üçün qəbul keçirəcək.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, qəbulda iştirak edəcək vətəndaşların nazirliyin həmin rayon üzrə əhalinin sosial müdafiəsi mərkəzlərinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla Lənkəran şəhərinə aparılıb gətirilməsi təmin ediləcək.

Vətəndaşlar qəbula yazılmaq üçün [email protected] elektron poçt ünvanı, habelə aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:

Nazirliyin Aparatında: (012) 596 44 07.

Rayonlar üzrə əhalinin sosial müdafiəsi mərkəzlərində:

Lənkəran - (025-25) 4-83-04;

Lerik - (025-27) 4-63-83 ;

Astara - (025-22) 5-16-09;

Yardımlı - (025-20) 6-21-68;

Masallı - (025-21) 5-27-10;

Cəlilabad - (025-24) 5-22-23.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR