Müsavat funksioneri: “Əli Kərimli hakimiyyət qarşısında xidmətlərinə görə iki dəfə deputat olub”

Müsavat funksioneri: “Əli Kərimli hakimiyyət qarşısında xidmətlərinə görə iki dəfə deputat olub”
# 07 yanvar 2014 14:22 (UTC +04:00)

Müsavatı mandat alverində ittiham etmək məntiqsizlikdir. Əli Kərimli də, bəzi müxalifət liderləri də dəfələrlə parlamentdə mandat alıblar. Əli Kərimli özü hakimiyyət qarşısında xidmətlərinə görə iki çağırış deputat olub. Ona görə də, Müsavat Partiyasını mandat alverində ittiham etmək heç bir məntiqə sığmır”.

Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının Təşkilat şöbəsinin müdiri Razim Əmiraslanov deyib.

Qeyd edək ki, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Milli Şuradan ayrıldığına görə Müsavat Partiyasını hakimiyyətlə separat danışıqlarda və 2015-ci il parlament seçkilərində mandat alveri etməkdə ittiham edib.

R. Əmiraslanov isə bildirib ki, Müsavata qarşı bu cür ittihamlar əsassız və məntiqsizdir: “Müsavata qarşı hücuma keçiblər. Xalqın içindən çıxan tarixi partiya olan Müsavata, onun rəhbərliyinə və üzvlərinə mənəviyyat, ləyaqət dərsi keçməyə isə heç kimin mənəvi haqqı yoxdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR