Xalq artisti Şəfiqə Axundova vəfat edib - VİDEO

Xalq artisti Şəfiqə Axundova vəfat edib - <span style="color: red;">VİDEO
# 26 iyul 2013 09:44 (UTC +04:00)

Bəstəkarın bacısı Rəfiqə Axundovanın APA-ya verdiyi məlumata görə, Şəfiqə Axundova qan-damar sistemində tromblaşma nəticəsində dünyasını dəyişib: “On dəqiqə əvvəl Şəfiqəni itirdik. Lap yaxşı idi, özünü yaxşı hiss edirdi. Yemək verdik, normal yeyirdi. Birdə-birə nəfəsi getdi, gəlmədi”.

Qeyd edək ki, Şəfiqə Axundova 1924-cü ildə Şəki şəhərində anadan olub. 1943-1944-cü illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyarkən Üzeyir Hacıbəyovdan dərs alıb. 1998-ci ildə Azərbaycan Respublikasının xalq artisti adına layiq görülüb. 2004-cü ildə isə "Şöhrət" ordeni ilə təltif edilib. Şəfiqə Axundova Şərqdə ilk dəfə opera yazmış qadın bəstəkardır.

Allah rəhmət eləsin!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR