Bərdədə sürücülərin xəsarət alması ilə nəticələnən iki yol qəzası baş verib - VİDEO

Bərdədə sürücülərin xəsarət alması ilə nəticələnən iki yol qəzası baş verib - <span style="color: red;">VİDEO
# 17 yanvar 2014 10:12 (UTC +04:00)

Bərdə. Teymur Zahidoğlu - APA. Bərdə rayonunda ötən gecə iki yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, hər iki hadisəyə yüksək sürət səbəb olub. Qəzalardan biri Bərdə şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, “Daewo” markalı minik maşını qarşıda dönmə əməliyyatı yetirən “Opel”lə toqquşub. “Opel”in sürücüsü İsmayılov Oqtay Rafiq oğlu xəsarət alaraq Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Digər yol qəzası isə rayonun Şirvanlı kəndində qeydə alınıb. Yaşayış məntəqəsində sürətlə hərəkət edən 35-58 AQU dövlət nömrə nişanlı, “VAZ 21011” markalı avtomobilin idarə etməni itirərək yoldan cıxıb. Öncə yol kənarında ağaca və sonra isə hasara çırpılan avtomobil tamamilə yararsız vəziyyətə düşüb. Qəza zamanı avtomobilin sürücü Ceyhun Qurbanov ağır bədən xəsarəti alıb. O da, Bərdə MRX-nın Travmatologiya şöbəsinə yerləşdirilib.

Hər iki faktla bağlı Bərdə rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR